Ev DünyaYayda pul bitə bilər: Ukrayna üçün kritik xəbər

Yayda pul bitə bilər: Ukrayna üçün kritik xəbər

by Baş Redaktor
21 Baxış

“Peter Magyar rəhbərlik etdiyi Macarıstanın müxalif “Tisa” partiyası Ukraynaya silah və ya pul göndərilməsinə qarşı çıxır. Bu, Avropa İttifaqının Kiyevə ayıracağı 90 milyard avroluq kreditin blokdan çıxarılmasına razılıq ehtimalına baxmayaraq belədir”.

Army.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Nəşr qeyd edir ki, bu vəziyyət Ukrayna Prezidenti Volodimir Zelenski üçün “acı dadı olan qələbə”dir:

“Belə ki, gələcək baş nazir silah və maliyyə yardımının göndərilməsinə, eləcə də Ukraynanın Aİ-yə sürətlə qəbuluna qarşıdır. Magyar bu məsələni referenduma çıxarmağa söz verib ki, bu da Macarıstan cəmiyyətində güclü anti-Ukrayna əhval-ruhiyyəsini nəzərə alsaq, prosesi faktiki olaraq uzada bilər.

banner

Eyni zamanda, Magyar Brüssellə yaxşı münasibətləri qorumaq istəyir və çox güman ki, krediti blokdan çıxaracaq. Ukraynanın bu vəsaitə ehtiyacı var, çünki yay aylarında ölkənin maliyyəsi tükənə bilər”.

Əlaqəli Yazılar Xüsusi