Türkiyə Prezidenti Rəcəp Tayyip Erdoğanın əsas siyasi müttəfiqi və MHP partiyasının lideri Dövlət Baxçalı ABŞ və İran arasında İslamabadda keçirilən nəticəsiz danışıqlar fonunda yeni təşəbbüslə çıxış edib.
Army.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
O bildirib ki, BMT-nin baş katibi Antonio Quttereşin çağırışı ilə ABŞ, Rusiya, Çin, Türkiyə və Avropa İttifaqı “Ümumdünya Sülh Şurası” adlı yeni mexanizm yarada bilər.
“Türkiyə belə bir təşəbbüsə ev sahibliyi edə bilər,” – deyə siyasətçi vurğulayıb.
