Hörmüz boğazında yaranmış blokada və ABŞ–İran müharibəsi fonunda tankerlər və yük gəmiləri daxil olmaqla yüzlərlə gəmi Fars körfəzində keçid edə bilmədiyi üçün bölgədə ciddi dəniz böhranı yaranıb.
Army.az xəbər verir ki, bu gəmilərdə olan təxminən 20 min dənizçi artıq günlərdir Hörmüz boğazından çıxış gözləyir və faktiki olaraq bölgədə ilişib qalıb.
Bildirilir ki, müharibənin başlanmasından bu yana onlarla gəmi hücuma məruz qalıb, bu isə təhlükəsizlik risklərini daha da artırıb.
Bir aydan çoxdur Oman sahilləri yaxınlığında gözləyən Yunanıstana məxsus yük gəmisinin baş zabiti Rza Məhəmməd Saleh bildirib ki, 3 mart tarixində onların gəmisi yaxınlığında pilotsuz uçuş aparatı partlayıb. Onun sözlərinə görə, keçidi gözləyən dənizçilər dron hücumlarından ciddi narahatdır.
