Ev DünyaKartheyzer: “Ermənistan Rusiya ilə münasibətlərini dəyişir”

Kartheyzer: “Ermənistan Rusiya ilə münasibətlərini dəyişir”

by Baş Redaktor
13 Baxış

Avropa Parlamentinin deputatı Fernand Kartheyzer hesab edir ki, Avropa İttifaqı Ermənistana Rusiya ilə viza rejimi tətbiq etməsi və Moskvaya qarşı sanksiyalara qoşulması üçün ciddi təzyiq göstərə bilər.

Army.az xəbər verir ki, o, bu barədə “İzvestiya” qəzetinə müsahibəsində danışıb.

Kartheyzer bildirib ki, Ermənistan belə təzyiqlərə qarşı öz milli maraqlarını əsas götürməli və qərarlarını bu prinsip əsasında verməlidir.

Onun sözlərinə görə, İrəvan Qərblə əməkdaşlığı uzunmüddətli perspektivdə qiymətləndirməli, eyni zamanda regiondakı mövqeyini zəiflədə və ya sabitliyə mənfi təsir göstərə biləcək addımlardan çəkinməlidir.

banner

“Ermənistan Avropa İttifaqının bütün tələblərini yerinə yetirməyə borclu deyil”, – deyə avropalı deputat vurğulayıb.

Əlaqəli Yazılar Xüsusi