İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Küveytdə yerləşən Əhməd əl-Cabir hərbi hava bazasına pilotsuz uçuş aparatları ilə zərbələr endirdiyini açıqlayıb.
Army.az xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.
SEPAH-ın açıqlamasına görə, hücum zamanı bazada yerləşən qırıcı təyyarə anqarları, peyk rabitə sistemləri və avadanlıq anbarları hədəf alınıb.
Bildirilib ki, Əhməd əl-Cabir hərbi hava bazası ABŞ-nin hava kəşfiyyatı və dəstək əməliyyatlarında mühüm rol oynayır və Amerika ordusunun regiondakı əsas hava dəstəyi mərkəzlərindən biri hesab olunur.
Qeyd edək ki, məlumat İran tərəfinin bəyanatına əsaslanır və hücumun nəticələri ilə bağlı müstəqil təsdiq hələlik açıqlanmayıb.
