Ev Hərbi XəbərlərKolesnik: PUA-ların istehsal məntəqələri hədəfə alınmalıdır

Kolesnik: PUA-ların istehsal məntəqələri hədəfə alınmalıdır

by Baş Redaktor
40 Baxış

Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Andrey Kolesnik Moskva istiqamətində pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumları şərh edərək, bu vasitələrin istehsal və buraxılış məntəqələrinin hədəfə alınmasının vacibliyini bildirib.

Army.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Onun sözlərinə görə, pilotsuz aparatların buraxıldığı nöqtələr əsasən mobil xarakter daşıyır və daimi mövqelərdə yerləşmir. Kolesnik hesab edir ki, belə hücumların qarşısını almaq üçün PUA-ların istehsal və toplanma məkanlarına qarşı tədbirlər gücləndirilməlidir.

Bundan əvvəl rusiyalı hərbi müxbir Aleksandr Kots Ukraynanın Moskva istiqamətindəki son hücumunu üç mərhələli əməliyyat kimi xarakterizə edib: kəşfiyyat, müdafiənin yoxlanılması və əsas zərbə.

banner

Məlumatlara görə, paytaxta yönələn təxminən 200 pilotsuz uçuş aparatının iştirakı ilə həyata keçirilən hücum son iki ilin ən iri dron əməliyyatlarından biri hesab olunur. Hücum zamanı müxtəlif tipli pilotsuz aparatların istifadə edildiyi bildirilir.

Əlaqəli Yazılar Xüsusi