Ev DünyaSi Cinpindən Hörmüz boğazı mesajı: “Açıq qalmalıdır”

Si Cinpindən Hörmüz boğazı mesajı: “Açıq qalmalıdır”

by Baş Redaktor
18 Baxış

Çin Hörmüz boğazından gəmilərin maneəsiz keçidinin təmin edilməli olduğunu vurğulayıb.

Army.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Sədri Si Cinpin Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd ibn Salmanla telefon danışığı zamanı deyib.

Si Cinpin bildirib ki, Çin Yaxın Şərqdə dərhal və tam atəşkəsin tərəfdarıdır və regiondakı münaqişələrin yalnız siyasi və diplomatik yollarla həll olunmasını vacib hesab edir.

Onun sözlərinə görə, Hörmüz boğazı normal dəniz nəqliyyatı üçün açıq qalmalıdır, bu isə həm region ölkələrinin, həm də beynəlxalq ictimaiyyətin ümumi maraqlarına uyğundur.

banner

Çin region ölkələrinin mehriban qonşuluq, inkişaf, təhlükəsizlik və əməkdaşlıq əsasında “ortaq ev” qurmasını dəstəklədiyini və davamlı sülh və sabitliyə töhfə verməyə hazır olduğunu bildirib.

Əlaqəli Yazılar Xüsusi

Leave a Comment