“ABŞ Prezidenti Donald Trampın İranın dəniz mühasirəsi planı qarışıqlıq və düzgün, işlək strategiyanın olmamasını göstərir”.
Army.az xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü, deputat Vahid Əhmədi deyib.
O qeyd edib ki, İran İslam Respublikasına dəniz blokadası tətbiq edilməsi dünyada geniş enerji böhranlarına səbəb ola bilər və bu vəziyyət ilk növbədə Qərb ölkələrinin və ABŞ iqtisadiyyatının zərərinə işləyər.
Deputatın sözlərinə görə, amerikalılar düşündülər ki, döyüş meydanında əldə edə bilmədiklərini ən azı danışıqlar masasında qazana bilərlər.
