ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffla Ukrayna Prezident Administrasiyasının rəhbəri Kirill Budanov arasında oktyabrın 9-da keçirilən görüşdə fikir ayrılığı yaşandığı bildirilir.
Army.az xəbər verir ki, bu barədə Fransanın “Le Monde” qəzeti məlumat yayıb.
Bildirilib ki, Budanov söhbət zamanı qəzəbini çətinliklə cilovlayıb. Ukrayna rəsmisi Uitkoffun onunla yuxarıdan aşağı danışdığını və ona pul qazanmağın yollarını öyrətməyə çalışdığını düşünüb.
Məlumata əsasən, Uitkoff və ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner Budanova müharibədən sonrakı dövr üçün Ukrayna, Avropa və Rusiyanı əhatə edən “regional rifah planı”nı təqdim ediblər. Təklifə Rusiya neft və qazının Ukrayna ərazisindən keçərək Avropaya çatdırılmasını təmin edən boru kəmərlərinin tam fəaliyyətinin bərpası da daxil olub.
Uitkoffun fikrincə, bu plan Ukraynaya gəlir gətirə, Avropada isə enerji qiymətlərini aşağı sala bilərdi. Lakin Budanov təklifə etiraz edərək Ukraynanın fərqli prioritetləri olduğunu vurğulayıb.
“Bizim etalonumuz Belarus yox, Polşadır”, — deyə Ukrayna rəsmisi bildirib.
