ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşavirinin müavini Andy Beyker yaxın həftələr ərzində administrasiyanı tərk edəcək.
Army.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.
Bildirilib ki, Beyker Tramp komandasının xarici siyasət və milli təhlükəsizlik istiqamətində ən nüfuzlu şəxslərindən biri hesab olunurdu.
O, bundan əvvəl ABŞ vitse-prezidenti Ceyms Devid Vensin milli təhlükəsizlik üzrə müşaviri vəzifəsində də çalışıb.
Beyker “Axios”a açıqlamasında administrasiyada keçirdiyi dövrü yüksək qiymətləndirib. O, əldə olunan nəticələrlə fəxr etdiyini və Prezident Donald Trampa, vitse-prezident Vensə, eləcə də dövlət katibi Marko Rubiaya minnətdar olduğunu bildirib.
