Ev Dünya“Bu, hərbi baza deyil” – İrəvandan TRIPP layihəsi ilə bağlı açıqlama

“Bu, hərbi baza deyil” – İrəvandan TRIPP layihəsi ilə bağlı açıqlama

by Baş Redaktor
59 Baxış

TRIPP layihəsi hərbi məqsədli ərazi və ya xarici ölkənin bazası kimi deyil, infrastruktur layihəsi kimi həyata keçiriləcək.

Army.az xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Sarkis Xandanyan bildirib.

Onun sözlərinə görə, layihənin reallaşdırılması çərçivəsində hər hansı başqa dövlətin təhlükəsizlik qüvvələrinin Ermənistanda yerləşdirilməsi nəzərdə tutulmur.

Xandanyan qeyd edib ki, layihə ərazisində təhlükəsizliyin təmin edilməsi Ermənistanın və bu sahəyə cavabdeh olan yerli dövlət qurumlarının üzərinə düşəcək.

banner

Deputat bununla da TRIPP layihəsinin xarici hərbi iştirakla əlaqələndirilməsinin düzgün olmadığını vurğulayıb.

Əlaqəli Yazılar Xüsusi