Ev DünyaPaşinyan bu dili öyrənir – Kursa gedirmiş

Paşinyan bu dili öyrənir – Kursa gedirmiş

by Baş Redaktor
9 Baxış

Ermənistanın Baş naziri Nikol Paşinyan əlavə olaraq rus dili üzrə təhsil aldığını açıqlayıb.

Army.az xəbər verir ki, Paşinyan bu barədə hökumətin iclasında dövlət qulluqçularının ixtisasartırmasına görə əlavə ödənişlərin müzakirəsi zamanı danışıb.

Baş nazir bildirib ki, hazırda Ermənistanın Dövlət İdarəçilik Akademiyasında təşkil olunan rus dili dərslərinə qatılır. O, xarici dil öyrənməyin yalnız ingilis dili ilə məhdudlaşmamalı olduğunu qeyd edib və dövlət qulluqçularının yapon, çin, ispan və alman dillərini də öyrənə biləcəyini deyib.

Paşinyan bu fikirləri əmək və sosial məsələlər naziri Arsen Torosyanın dövlət qulluqçularının ilk növbədə ingilis dilini mənimsəməli olduğu barədə açıqlamasına cavab olaraq səsləndirib.

banner

Torosyanın fikrincə, ingilis dili olmadan dövlət məmurlarının beynəlxalq ünsiyyət imkanları məhdudlaşır.

Əlaqəli Yazılar Xüsusi