Ev DünyaPeskov: NATO-nun qərarı Rusiyaya qarşı aqressiv addımdır

Peskov: NATO-nun qərarı Rusiyaya qarşı aqressiv addımdır

by Baş Redaktor
102 Baxış

Kreml NATO-nun Rusiyanı təhdid kimi qiymətləndirməsini alyansın aqressiv addımı hesab edir.

Army.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, belə yanaşma Rusiyanı öz maraqlarını qorumaq üçün daha güclü və özünəinamlı olmağa vadar edir. Peskov qeyd edib ki, Moskva texnoloji, iqtisadi və müdafiə sahələrində inkişaf siyasətini davam etdirəcək.

Kreml nümayəndəsi əlavə edib ki, hər hansı bir ölkənin rəsmi şəkildə rəqib və ya düşmən elan edilməsi faktiki olaraq aqressiv addım kimi qiymətləndirilməlidir.

banner

Əlaqəli Yazılar Xüsusi