Ev Hərbi XəbərlərPezeşkian: Müharibə qərarı hökumətin səlahiyyətində deyil

Pezeşkian: Müharibə qərarı hökumətin səlahiyyətində deyil

by Baş Redaktor
67 Baxış

İran Prezidenti Məsud Pezeşkian müharibə ilə bağlı qərarların hökumətin səlahiyyət dairəsinə daxil olmadığını bildirib.

Army.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

Pezeşkianın sözlərinə görə, belə hallarda hökumətin əsas funksiyası ölkənin ehtiyac duyduğu təminatın və lazımi resursların təşkil edilməsindən ibarətdir.

İran Prezidenti, həmçinin müharibə şəraitində düzgün və əvvəlcədən hazırlanmış planlaşdırmanın əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, hər hansı məqsədə çatmaq üçün yalnız qərar qəbul etmək kifayət deyil, həmin qərarın hansı şəkildə həyata keçiriləcəyini də əvvəlcədən müəyyənləşdirmək lazımdır.

banner

Pezeşkian fikrini nümunə ilə izah edərək bildirib ki, insan hər hansı dağa qalxmağa qərar verirsə, yolun nə qədər davam edəcəyini, səfər zamanı hansı ehtiyacların yaranacağını və onların necə qarşılanacağını bilmədən yola çıxmır. Onun sözlərinə görə, istənilən qərarın icrası üçün də eyni yanaşma tətbiq edilməlidir.

Əlaqəli Yazılar Xüsusi