Ev Hərbi Xəbərlər“Ukrayna belə xilas ola bilməyəcək” – Ekspert açıqladı

“Ukrayna belə xilas ola bilməyəcək” – Ekspert açıqladı

by Baş Redaktor
76 Baxış

“Yeni hava hücumundan müdafiə (HHM) sisteminin meydana çıxması belə Kiyevi Rusiya raket zərbələrindən qoruya bilməyəcək”.

Army.az xəbər verir ki, bunu ABŞ-ın Defense Priorities tədqiqat mərkəzinin hərbi analizlər üzrə direktorı Cennifer Kavana deyib.

O deyib ki, “Patriot” sisteminin istehsalı üçün lisenziyanın əldə edilməsi Ukraynaya ciddi üstünlük qazandırmayacaq:

“Patriot lisenziyasının alınması Ukraynaya kömək etməzdi. Bütün bu prosesi işə salmaq üçün təxminən beş il vaxt lazımdır. Hazırda onların öz HHM sistemi – Freya layihəsi var. Ümid edirlər ki, sistem bu ilin sonuna və ya 2027-ci ilin əvvəlinə hazır olacaq”.

banner

Onun sözlərinə görə, sistemin tam işləməsi üçün onu çoxsaylı xarici texnologiyalarla inteqrasiya etmək və bütün komponentlərin koordinasiyalı fəaliyyətini təmin etmək lazımdır ki, bu da kifayət qədər mürəkkəb prosesdir:

“Qarşıda elə bir qış var ki, sizdə demək olar, Patriot raketləri olmayacaq. Eyni zamanda, Rusiya ballistik raket istehsalını iki dəfə artırıb. Bunlar dəyişdirilməsi mümkün olmayan struktur amillərdir”.

Əlaqəli Yazılar Xüsusi