Ev Hərbi XəbərlərZelenski Trampın təklifindən ehtiyat edir: “Təhlükəli ola bilər”

Zelenski Trampın təklifindən ehtiyat edir: “Təhlükəli ola bilər”

by Baş Redaktor
77 Baxış

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Trampın Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması ilə bağlı irəli sürdüyü “böyük saziş” ideyasına birmənalı yanaşmadığını açıqlayıb.

Army.az xəbər verir ki, Zelenski CNN telekanalına müsahibəsində təklif olunan razılaşmanın bütün detalları ilə tanış olmadığını, lakin onun mümkün nəticələrinin ciddi narahatlıq yaratdığını bildirib.

“Düzünü desəm, bu, mənim üçün asan məsələ deyil və təhlükəli ola bilər”, – deyə Ukrayna Prezidenti vurğulayıb.

Zelenskinin sözlərinə görə, hazırda müharibənin dayandırılması üçün müxtəlif variantlar nəzərdən keçirilir. O, ilkin mərhələdə Ukraynada atəşkəsin təmin edilməsini, bundan sonra isə gərginliyin azaldılması üçün konkret addımların atılmasını vacib hesab edir.

banner

Əlaqəli Yazılar Xüsusi