Ev SiyasətPrezident bu hərbçilərə ali hərbi rütbələr verdi – Adlar

Prezident bu hərbçilərə ali hərbi rütbələr verdi – Adlar

by Baş Redaktor
137 Baxış

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

Army.az xəbər verir ki, Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:

banner

“general-leytenant” hərbi rütbəsi

general-mayor Zaur Zeynalabdul oğlu Rüstəmova

“general-mayor” hərbi rütbəsi

polkovnik Elnur Əli oğlu Ələsgərliyə

polkovnik Hikmət Rövşən oğlu Əliyevə

polkovnik Telman Əsgər oğlu Hüseynova”.

Əlaqəli Yazılar Xüsusi