Ev SiyasətEjei: “İqtisadi müharibədəyik”

Ejei: “İqtisadi müharibədəyik”

by Baş Redaktor
21 Baxış

İran faktiki olaraq müharibə və mühasirə şəraitindədir və düşmən əsas hədəf kimi iqtisadi təzyiqi seçib.

Army.az xəbər verir ki, bu barədə  İranın Məhkəmə-Ədliyyə Sisteminin rəhbəri Qulamhüseyn Mohseni-Ejei məlumat yayıb.

“Düşmənin məqsədi ölkənin iqtisadi dayaqlarını sındırmaqdır. Biz bu cəbhədə düşməni zərərsizləşdirməliyik”, – deyə qeyd edib.

Ejei əlavə edib ki, mövcud vəziyyətdən sui-istifadə edərək inhisarçılıq edən, qiymətləri süni şəkildə artıran və ya saxta, istifadə müddəti keçmiş məhsulları bazara çıxaran şəxslərə qarşı qanun çərçivəsində qəti tədbirlər görüləcək.

banner

Əlaqəli Yazılar Xüsusi

Leave a Comment