Ev TexnologiyaFinlandiya dünyada ilk yeraltı nüvə yanacağı anbarına icazə verib

Finlandiya dünyada ilk yeraltı nüvə yanacağı anbarına icazə verib

by Baş Redaktor
51 Baxış

Finlandiyada işlənmiş nüvə yanacağının uzunmüddətli saxlanılması məqsədilə inşa edilən və dünyada ilk hesab olunan yeraltı geoloji anbarın istismarı üçün lisenziya verilib.

Army.az xəbər verir ki, bu barədə Finlandiyanın Radiasiya və Nüvə Təhlükəsizliyi İdarəsi məlumat yayıb. Qurum bildirib ki, obyektin fəaliyyətə başlaması üçün tələb olunan bütün təhlükəsizlik standartları və texniki şərtlər tam şəkildə yerinə yetirilib.

Açıqlamada vurğulanıb ki, bu qərar geoloji anbarda işlənmiş nüvə yanacağının saxlanmasına verilən ilk rəsmi istismar icazəsi kimi tarixə düşüb.

Bununla yanaşı, anbarın tam fəaliyyətə başlaması üçün Finlandiya hökumətinin də Radiasiya və Nüvə Təhlükəsizliyi İdarəsinin təqdim etdiyi rəyə əsasən yekun təsdiq verməsi lazımdır.

banner

Əlaqəli Yazılar Xüsusi