Hindistan peyk internet xidmətləri təqdim etmək istəyən “Starlink” ciddi çətinliklərlə üzləşir. Belə ki, Hindistan hökuməti İlon Maska məxsus şirkətin investisiya təklifini təsdiqləmək məsələsində ehtiyatlı davranır. Bu isə dəyişən geosiyasi şəraitdə milli təhlükəsizliklə bağlı narahatlıqların artması ilə izah olunur.
Army.az xəbər verir ki, bu barədə “The Economic Times” məlumat yayıb.
Bildirilir ki, hökumətin suallarına qənaətbəxş cavab verilməzsə, müraciət rədd oluna bilər.
Şirkət hazırda məxfi məlumatlara çıxış üçün vacib icazəni gözləyir. Bu icazə yalnız o halda verilə bilər ki, Hindistan hakimiyyəti və xüsusi xidmət orqanları vəziyyəti tam nəzarətdə saxlaya biləcəklərinə əmin olsunlar. Xüsusilə də “Starlink” xidmətlərindən cinayətkar məqsədlərlə istifadə ehtimalı narahatlıq doğurur.
