Ukrayna Silahlı Qüvvələrinin (USQ) komandanlığı ayaqlarından yaralanan hərbçiyə üç ay ərzində mövqedən müstəqil şəkildə təxliyə olunmağı təklif edib.
Army.az xəbər verir ki, bu barədə əsir düşən ukraynalı hərbçi Viktor Voloşenyuk RİA Novosti-yə danışıb.
Onun sözlərinə görə, ayaqları ağır yaralandıqdan sonra təxminən üç ay meşə zolağında qalıb. Yalnız üçüncü ayın sonunda, əsir götürülməzdən əvvəl ona qoltuqağacları göndərilib.
Hadisənin Slavyansk–Kramatorsk istiqamətində baş verdiyi bildirilir. Voloşenyuk komandanlıqla birbaşa əlaqəsinin olmadığını, göstərişləri USQ-nin digər qrupları vasitəsilə aldığını deyib.
