Roma Papası XIV Leon ağciyər xərçənginə görə əməliyyat olunub.
Army.az xəbər verir ki, bu barədə Papanı əməliyyat edən həkimlər Stefano Marqaritore və Luici Karbone açıqlama veriblər.
Həkimlərin bildirdiyinə görə, əməliyyatdan əvvəl aparılan analizlərin nəticələrinə uyğun olaraq, təcili histoloji müayinə ağciyər adenokarsinoması diaqnozunu təsdiqləyib.
Məlumata əsasən, 71 yaşlı Papanın sağ ağciyərinin aşağı payı videodəstəkli cərrahiyyə üsulu ilə çıxarılıb. O, əməliyyat zamanı təxminən üç saat cərrahiyyə masasında qalıb.
