Ev GündəmRusiyada təyyarə qəzaya uğradı – yaralı var

Rusiyada təyyarə qəzaya uğradı – yaralı var

by Baş Redaktor
52 Baxış

Rusiyanın Samara vilayətində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində bir nəfər xəsarət alıb.

Army.az xəbər verir ki, hadisə avqustun 12-də səhər saatlarında Koşkinsk rayonunda, Novaya Jizn yaşayış məntəqəsinin yaxınlığında qeydə alınıb.

Qəza nəticəsində xəsarət alan şəxs tibbi yardım üçün xəstəxanaya aparılıb. Hadisə zamanı başqa şəxslərin yaralanması və ya həyatını itirməsi barədə məlumat verilməyib.

Qəzanın səbəbləri və hadisənin başvermə şəraiti hazırda araşdırılır.

banner

Əlaqəli Yazılar Xüsusi