Cənubi Koreyada yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ağır xəsarət alıb.
Army.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilir ki, hadisə ölkənin cənub-qərbində yerləşən Haenam County ərazisində baş verib.
Təyyarə Muan Beynəlxalq Hava Limanı istiqamətindən həyata keçirilən uçuş zamanı qəzaya düşüb.Göyərtədə təlimatçı və tələbənin olduğu, onların hər ikisinin təxminən 20 yaşlarında olduğu bildirilir.
Qəza nəticəsində yaralanan şəxslər yaxınlıqdakı tibb müəssisələrinə çatdırılıb və müalicələri davam etdirilir.Hazırda hadisənin başvermə səbəbləri üzrə araşdırma aparılır.
