Ev DünyaMedvedevdən Paşinyana sərt sözlər: “Onu Parisə göndərəcəklər”

Medvedevdən Paşinyana sərt sözlər: “Onu Parisə göndərəcəklər”

by Baş Redaktor
21 Baxış

Ermənistanda qazın qiyməti Avropa səviyyəsinə qalxsa, ölkə əhalisi Baş nazir Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdıracaq.

Army.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bildirib.

“Əslində hamıya aydındır ki, qazın qiyməti Avropa səviyyəsinə keçərsə, ölkə əhalisi bu əmini qovub birbaşa onun çox sevdiyi dostu Makronun yanına — Parisə göndərəcək”, — deyə siyasətçi vurğulayıb.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirmişdi ki, Qərb Ermənistanı Rusiyaya qarşı yanlış məntiqə cəlb edir və bunun Ukrayna ilə olduğu kimi baş verdiyini iddia edib. Onun sözlərinə görə, eyni yanaşma ilə Gürcüstan və Moldova da bu prosesə cəlb olunub.

banner

Əlaqəli Yazılar Xüsusi