Braziliya Prezidenti Lula da Silva Rusiya, ABŞ və Çin liderlərinə dünyada zorakılığın dayandırılması üçün qeyri-rəsmi görüş keçirməyi və birlikdə içki içərək danışıqlar aparmağı təklif etdiyini açıqlayıb.
Army.az xəbər verir ki, Lula bu çağırışı Rusiya Prezidenti Vladimir Putinə, ABŞ Prezidenti Donald Trampa və Çin Sədri Si Cinpinə ünvanlayıb.
Braziliya lideri bildirib ki, hər üç dövlət başçısına zəng edərək onları bir araya gəlməyə, pivə, konyak və ya viski içərək mövcud problemləri müzakirə etməyə çağırıb.
“Allah xatirinə, bir araya gəlin, pivə, konyak və ya viski için, amma danışın və zorakılığı dayandırın. Təsadüfdür, ya yox, bilmirəm, amma onların hər üçü bir araya gəldi. Bunun mənim zəngimlə əlaqəli olub-olmadığını bilmirəm”, – deyə Lula qeyd edib.
