Ev DünyaErmənistan Azərbaycandan elektrik alıb, süni intellekt satacaq?

Ermənistan Azərbaycandan elektrik alıb, süni intellekt satacaq?

by Baş Redaktor
46 Baxış

Ermənistan Azərbaycan və Türkiyədən elektrik enerjisi idxal etməklə yanaşı, həmin ölkələrə süni intellekt sahəsində hazırlanan texnologiya və həlləri ixrac edə bilər.

Army.az xəbər verir ki, bu fikirləri Ermənistanın Baş naziri Nikol Paşinyan səsləndirib.

Hökumət başçısı Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasına qarşı çıxan şəxsləri məsələyə uzunmüddətli və strateji perspektivdən yanaşmağa çağırıb.

Paşinyanın fikrincə, bəzi dairələr qonşu ölkələrlə iqtisadi əlaqələrin qurulmasının Ermənistanı onlardan asılı vəziyyətə sala biləcəyini düşünür. Lakin baş nazir bu yanaşmanı düzgün hesab etmir. O bildirib ki, qarşılıqlı ticarət və əməkdaşlıq tərəflərin bir-biri üçün əhəmiyyətini artıracaq.

banner

Baş nazir nümunə olaraq, Ermənistanın Azərbaycandan və Türkiyədən elektrik enerjisi əldə edə, əvəzində isə bu ölkələrə süni intellekt texnologiyaları təqdim edə biləcəyini qeyd edib. Onun qənaətinə görə, belə qarşılıqlı asılılıq deyil, ortaq iqtisadi maraqların formalaşması regionda davamlı sülh perspektivlərini gücləndirə bilər.

Paşinyan əlavə edib ki, Ermənistan enerji mənbələrinin şaxələndirilməsini və mümkün qədər çox dövlətlə iqtisadi tərəfdaşlığın qurulmasını prioritet hesab edir.

Əlaqəli Yazılar Xüsusi