ABŞ-ın Yaxın Şərqdəki hərbi qüvvələrinə İrana qarşı mümkün yeni zərbələrə hazırlıq görmək tapşırılıb.
Army.az xəbər verir ki, bu barədə “Axios” nəşri mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Pentaqon bir neçə gün əvvəl ABŞ Mərkəzi Komandanlığına İranda genişmiqyaslı hərbi əməliyyatların yenidən başlaması ehtimalına qarşı hazırlıqları tamamlamaq barədə göstəriş verib.
Nəşr qeyd edir ki, Pentaqonun direktivində mümkün hücumların başlayacağı konkret tarix göstərilməyib. Eyni zamanda ABŞ Prezidenti Donald Trampın da bu məsələdə hələ yekun qərar vermədiyi bildirilir.
“Axios”un mənbələrinə görə, yeni hərbi əməliyyatların ABŞ-da aralıq seçkiləri və İsraildə parlament seçkiləri keçirilməzdən əvvəl başlaya biləcəyi ehtimal olunur.
