Ev Hərbi XəbərlərABŞ ordusu İranda beş körpünü hədəfə aldı

ABŞ ordusu İranda beş körpünü hədəfə aldı

by Baş Redaktor
33 Baxış

ABŞ ordusu İranın Bəndər-Xomeyni liman şəhərində yerləşən beş körpüyə hava zərbələri endirib.

Army.az xəbər verir ki, bu barədə İranın “Fars” xəbər agentliyi məlumat yayıb.

Hadisənin detalları barədə isə hələlik əlavə açıqlama verilməyib.

Xatırladaq ki, bundan əvvəl Bəndər-Xomeyniyə təşkil olunan hücum nəticəsində yeddi nəfərin həyatını itirdiyi, doqquz nəfərin isə müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilmişdi.Qeyd edək ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) iyulun 16-da İrana qarşı növbəti hərbi əməliyyatların icra edildiyini rəsmən açıqlamışdı.

banner

Əlaqəli Yazılar Xüsusi