ABŞ hərbi dəniz qüvvələri son 38 ildə ilk dəfə olaraq açıq dənizdə döyüş əməliyyatı zamanı gəmi toplarını işə salıb.
Army.az xəbər verir ki, bu barədə “The War Zone” nəşri məlumat yayıb.
Məlumata əsasən, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Arleigh Burke” tipli USS “Spruance” esminesi İran bayrağı altında üzən “Touska” ticarət gəmisinə qarşı keçirilən əməliyyat zamanı artilleriyadan istifadə edib. Ardınca gəmi nəzarətə götürülərək ələ keçirilib.
Qeyd olunur ki, ABŞ donanması bu cür silahdan sonuncu dəfə 1988-ci ildə real döyüş şəraitində istifadə etmişdi və həmin hadisə də eyni regionda İranla bağlı əməliyyat çərçivəsində baş vermişdi.
Nəşrin vurğuladığına görə, bu tip son təsdiqlənmiş insident “Praying Mantis” (“Tanrıya dua edən həşərat”) əməliyyatı zamanı, 18 aprel 1988-ci ildə qeydə alınıb.
