Ev Dünyaİraqdan xəbərdarlıq: ABŞ və İran arasında müharibə yenidən başlaya bilər

İraqdan xəbərdarlıq: ABŞ və İran arasında müharibə yenidən başlaya bilər

by Baş Redaktor
76 Baxış

ABŞ və İran arasında hərbi qarşıdurmanın yenidən alovlanması ehtimalı real olaraq qalır. Bağdad Vaşinqtonla Tehran arasında mümkün müharibənin region üçün ciddi nəticələr doğura biləcəyindən narahatdır.

Army.az xəbər verir ki, bu barədə İraqın xarici işlər naziri Fuad Hüseyn açıqlama verib.

Nazirin sözlərinə görə, ABŞ Konqresinin hər iki palatasında demokratların üstünlük əldə etməsi Yaxın Şərqdə hərbi gərginliyin aradan qalxacağına və sülhün təmin olunacağına zəmanət vermir.

“Demokratların Konqresə nəzarəti ələ keçirməsi regionda müharibənin baş verməyəcəyi anlamına gəlmir. ABŞ və İran arasında hərbi əməliyyatların yenidən başlanması kifayət qədər real ehtimaldır və bu, heç kim üçün sirr deyil”, – deyə Hüseyn bildirib.

banner

İraq XİN rəhbəri ölkəsinin yeni hərbi qarşıdurmaya cəlb olunmaması üçün bütün mümkün addımların atılacağını da vurğulayıb.

Onun fikrincə, İraqın ABŞ-İran qarşıdurmasına qoşulması ölkə üçün ağır nəticələrə yol aça və Bağdadı mürəkkəb vəziyyətlə üz-üzə qoya bilər.

Əlaqəli Yazılar Xüsusi