Ev DünyaStarlink qalmaqalı yenidən gündəmdə: Maskdan diqqətçəkən paylaşım

Starlink qalmaqalı yenidən gündəmdə: Maskdan diqqətçəkən paylaşım

by Baş Redaktor
62 Baxış

Amerikalı sahibkar, SpaceX və Tesla şirkətlərinin rəhbəri İlon Mask Ukraynaya Starlink terminalları vasitəsilə göstərilən dəstəyin yanlış qərar olduğunu iddia edən məqaləni sosial şəbəkə hesabında paylaşıb.

Army.az xəbər verir ki, Mask bu paylaşımı Ukrayna Prezidenti Volodimir Zelenskinin tənqidlərindən sonra edib.

Sahibkarın paylaşdığı materialda SpaceX-in müharibənin ilk dövrlərində Ukraynaya minlərlə Starlink terminalını ödənişsiz təqdim etməsi və xidmətin fəaliyyətini təmin etmək üçün hər ay milyonlarla dollar xərcləməsi səhv addım kimi qiymətləndirilib.

Məqalə müəllifləri qeyd ediblər ki, əvvəlcə Ukraynada mülki əhalinin internetə çıxışını təmin etmək məqsədilə təqdim olunan peyk rabitəsi terminallarından sonradan pilotsuz uçuş aparatlarının idarə edilməsində də istifadə olunub.

banner

Yazıda həmçinin Starlink sisteminin hərbi məqsədlərlə istifadəsinə qarşı çıxan şəxslərin mediada tənqid və təzyiqlərlə üzləşdiyi iddia edilir.

Əlaqəli Yazılar Xüsusi