Ev Hərbi XəbərlərSEPAH: ABŞ İrana endirdiyi zərbələrə görə cəzalandırılacaq

SEPAH: ABŞ İrana endirdiyi zərbələrə görə cəzalandırılacaq

by Baş Redaktor
15 Baxış

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın İran ərazisinə endirdiyi zərbələrin cavabsız qalmayacağını bəyan edib.

Army.az xəbər verir ki, bu barədə SEPAH məlumat yayıb.

Bildirilib ki, Vaşinqton həyata keçirdiyi hərbi əməliyyatlara görə cavab verəcək.ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) isə iyulun 30-na keçən gecə Amerika qüvvələrinin İran ərazisində hərbi hədəflərə zərbələr endirməyə başladığını açıqlayıb.

CENTCOM-un məlumatına görə, əməliyyat iyulun 28-i axşam SEPAH-ın Yaxın Şərqdə yerləşən ABŞ obyektlərinə bir neçə ballistik raket atmasına cavab xarakteri daşıyıb.Bundan əvvəl SEPAH nümayəndəsi Hüseyn Məhəbbi iddia etmişdi ki, iyulun 8-də ABŞ ilə atəşkəs rejimi başa çatdıqdan sonra Yaxın Şərqdəki Amerika hərbi bazalarında 200-dən çox ABŞ hərbçisi öldürülüb.

banner

Əlaqəli Yazılar Xüsusi