Ev Hərbi XəbərlərABŞ kəşfiyyatı İsrailin sui-qəsd xəbərdarlığına cavab verdi

ABŞ kəşfiyyatı İsrailin sui-qəsd xəbərdarlığına cavab verdi

by Baş Redaktor
42 Baxış

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) İsrailin Prezident Donald Trampa qarşı İranla əlaqələndirilən mümkün sui-qəsd təhlükəsi barədə təqdim etdiyi kəşfiyyat məlumatlarının etibarlılığına şübhə edib.

Army.az xəbər verir ki, bu barədə “The Washington Post” ABŞ-nin hazırkı və keçmiş xüsusi xidmət əməkdaşlarına istinadən məlumat yayıb.

Qəzetin mənbələri bildiriblər ki, CIA-də fəaliyyət göstərən analitiklər İsrail tərəfinin təqdim etdiyi məlumatları təhlükə ilə bağlı qəti nəticə çıxarmaq üçün kifayət qədər əsaslı hesab etməyiblər.

Məlumata görə, ABŞ kəşfiyyatının bu mövqeyi Vaşinqton administrasiyasının aidiyyəti rəsmilərinə də çatdırılıb.

banner

Əlaqəli Yazılar Xüsusi