Ev Gündəmİsrail Livanda strateji yüksəkliyi ələ keçirdi: Bofor qalası üzərində bayraq

İsrail Livanda strateji yüksəkliyi ələ keçirdi: Bofor qalası üzərində bayraq

by Baş Redaktor
16 Baxış

İsrail qüvvələri Livanda yerləşən Bofor qalasına nəzarəti ələ keçirib.

Army.az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Katz məlumat verib.

Söhbət Livan ərazisində, Litani çayının şimalında yerləşən strateji yüksəklikdən gedir.

Nazirin sözlərinə görə, İsrailin Baş nazir Benyamin Netanyahu göstərişi və onun öz əmri ilə İsrail ordusu Livanda hərbi manevrləri genişləndirib, Litani çayını keçib və Bofor silsiləsini ələ keçirib.

banner

Paylaşılan görüntülərdə orta əsr qalası üzərində İsrail bayrağı və “Qolani” piyada briqadasının bayrağının dalğalandığı görünür.

Əlaqəli Yazılar Xüsusi