Ev GündəmBudapeştdən Kiyevə sərt xəbərdarlıq : “Əməl etməsəniz…”

Budapeştdən Kiyevə sərt xəbərdarlıq : “Əməl etməsəniz…”

by Baş Redaktor
24 Baxış

Ukrayna Zakarpatiyada yaşayan macar icmasının hüquqları ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsə, ölkənin Avropa İttifaqına üzvlük prosesi dayandırıla bilər.

Army.az xəbər verir ki, bu barədə Macarıstan hökumətinin nümayəndəsi Vanda Sondi açıqlama verib.

Onun sözlərinə görə, Budapeşt öz tələblərinin icrasına dair təminatlar istəyib. Danışıqların ilk mərhələsinin yekununda öhdəliklərin yerinə yetirilib-yetirilmədiyi qiymətləndiriləcək və nəticələr barədə hesabat hazırlanacaq.

Sondi vurğulayıb ki, əgər razılaşdırılmış şərtlər icra olunmasa, Ukraynanın Avropa İttifaqına üzvlük prosesi dayandırılacaq.

banner

Macarıstan rəsmisi əlavə edib ki, əgər Ukrayna yaxın 10-15 il ərzində Aİ-ə qoşulmaq niyyətindədirsə, Budapeştlə əldə olunmuş razılaşmalara əməl etməlidir.

Əlaqəli Yazılar Xüsusi