İran Rusiyaya və digər dost ölkələrə münasibətdə Hörmüz boğazından keçidlə bağlı xüsusi yanaşmanın tətbiq oluna biləcəyini açıqlayıb.
Army.az xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazım Cəlali Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində danışıb.
Diplomat bildirib ki, İranla dost münasibətlərə malik ölkələrin gəmiləri üçün xüsusi keçid rejimi nəzərdə tutula bilər. Bununla belə, yekun qərarın İran hökuməti tərəfindən veriləcəyini və rəsmi şəkildə elan olunacağını vurğulayıb.
Açıqlama Hörmüz boğazı ətrafında beynəlxalq müzakirələrin intensivləşdiyi və boğazın gələcək statusunun gündəmdə olduğu bir vaxta təsadüf edir.
