Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Moskva diplomatik kanallar vasitəsilə Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən göndərilmiş hər hansı müraciət və ya məktub almayıb.
Army.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Nazir informasiya məkanında yayılan bu tip xəbərlərin həqiqəti əks etdirmədiyini vurğulayaraq onları “cəfəngiyyat” adlandırıb.
O, məsələni şərh edərkən Emmanuel Makronun Rusiya Prezidenti Vladimir Putin ilə görüşə dair əvvəlki açıqlamalarını da xatırladıb və bəzi bəyanatların sadəcə gündəm yaratmaq məqsədi daşıdığını bildirib.
