36
Ermənistan ərazisində növbəti seysmik hadisə qeydə alınıb. Yeraltı təkanlar ölkənin şimal-şərq hissəsində müşahidə olunub.
Army.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat verib.
Bildirilib ki, zəlzələnin episentri İcevan şəhərindən təxminən 20 kilometr şimal-şərq istiqamətində yerləşib.
Mütəxəssislərin ilkin qiymətləndirməsinə əsasən, zəlzələnin maqnitudası 2,1 olub. Episentr zonasında təkanların intensivliyi 2–3 bal səviyyəsində qeydə alınıb.
