Fransada günlərdir davam edən tələbə etirazları zorakılıq və qarət hadisələri ilə müşayiət olunmağa başlayıb. Paytaxt Parisdə nümayişçilər dünyanın tanınmış lüks brendlərinin mağazalarını hədəfə alıblar.
Army.az xəbər verir ki, şəhərin nüfuzlu küçələrindən sayılan Sen-Onore küçəsində “Louis Vuitton”, “Burberry”, “Guerlain” və “Christian Dior” mağazalarının vitrinləri sındırılıb, içəridəki bahalı məhsullar talan edilib.
Hadisə zamanı yaranan qarışıqlıq ətrafdakı insanlar tərəfindən lentə alınıb. Sosial şəbəkələrdə yayılan görüntülər qısa müddətdə geniş müzakirələrə səbəb olub.
Məlumata əsasən, Fransanın müxtəlif şəhərlərində təhlükəsizlik tədbirləri gücləndirilib. Etirazların hansı səbəbdən başladığı və qarət hadisələrinin miqyası barədə isə əlavə təfərrüatlar açıqlanmayıb.
