ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenskinin Rusiya ilə sülh razılaşmasının bu ilin dekabrı və ya gələn ilin yanvarında əldə oluna biləcəyi barədə fikrinə gülərək münasibət bildirib.
Army.az xəbər verir ki, bu barədə “New York Post” nəşri məlumat yayıb.
Jurnalistin Zelenskinin açıqlaması ilə bağlı sualını cavablandıran Tramp belə deyib: “Bunu kim söyləyib? O, məndən nə etməyimi gözləyir?”
Nəşrin məlumatına əsasən, Amerika lideri cavab verərkən gülümsəyib və kabinetdəki köməkçisi ilə baxışıb.
Tramp, həmçinin Ukrayna münaqişəsinin həlli istiqamətində hər hansı konkret vaxt çərçivəsi müəyyən etmədiyini qeyd edib.
