Ev DünyaPezeşkian : “Düşmənin planına uyğun hərəkət edirik”

Pezeşkian : “Düşmənin planına uyğun hərəkət edirik”

by Baş Redaktor
14 Baxış

İran parlamentinin deputatı Hüseyn Səmsami Prezident Məsud Pezeşkianın rəhbərlik etdiyi hökuməti ölkənin iqtisadi siyasətini ABŞ-nin maraqlarına uyğun həyata keçirməkdə ittiham edib.

Army.az xəbər verir ki, bu barədə deputat parlamentin iclasında çıxışı zamanı danışıb.

Səmsaminin sözlərinə görə, həm hökumət, həm də İran Mərkəzi Bankı düşmənin planına uyğun fəaliyyət göstərir. O, xüsusilə milli valyutanın məzənnəsinin davamlı zəifləməsini tənqid edib.

Deputat bildirib ki, Mərkəzi Bank iqtisadi müharibədə düşmənin əsas vasitələrindən biri hesab olunan valyuta məzənnəsinin hər gün yüksəlməsinə şərait yaradır. Nəticədə xarici valyutanın bazar qiyməti də gündən-günə artır.

banner

Səmsami əlavə edib ki, bir tərəfdən valyuta məzənnəsinin yüksəlməsinə imkan verilir, digər tərəfdən isə malların idxalı və qiymətlərin müəyyənləşdirilməsi sərbəst bazarın öhdəsinə buraxılır. Onun fikrincə, bu yanaşma valyuta bazarında əlavə tələb formalaşdırır.

Əlaqəli Yazılar Xüsusi