Ev DünyaMoskva Varşavanın ittihamlarına cavab verdi: “Heç bir sübut yoxdur”

Moskva Varşavanın ittihamlarına cavab verdi: “Heç bir sübut yoxdur”

by Baş Redaktor
54 Baxış

Rusiyanın Polşadakı səfiri Georgi Mixno noyabrın 20-də Polşanın hava məkanının pozulması ehtimalı ilə bağlı insidentlərdə Moskvanın əli olması barədə ittihamları rədd edib.

Army.az xəbər verir ki, bu barədə Rusiyanın Polşadakı diplomatik nümayəndəliyi məlumat yayıb.

“Rusiyanın səfiri Rusiya Federasiyasına qarşı irəli sürülən ittihamları əsassız, sübutsuz və heç bir dəlillə təsdiqlənməyən iddialar kimi qətiyyətlə rədd edib”, – deyə diplomatik nümayəndəliyin açıqlamasında bildirilib.

Rusiya səfirliyindən qeyd olunub ki, bu cür ittihamlar hər hansı sübutla əsaslandırılmır və siyasi mülahizələrdən qaynaqlanır.

banner

Əlaqəli Yazılar Xüsusi