Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin təhlükəsizlik məsələlərinə yanaşmasının dəyişdirilməsinin vacibliyini bildirib.
Army.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
O qeyd edib ki, təhlükəsizlik sahəsində mövcud problemlərin bir hissəsi reallığın və ətraf mühitin necə qavranılması ilə bağlıdır:
“Bu baxımdan Ermənistanda hələ də müəyyən çətinliklər mövcuddur”.
Baş nazir Azərbaycanla sülh sazişi üzrə danışıqların yekun mərhələsinə də toxunub:
“Danışıqların uğurla başa çatmasına tərəflərin mexaniki qarşılıqlılıq prinsipindən geri çəkilmək qərarı təsir edib. Müəyyən mərhələdə sülh sazişinin mətnini qarşılıqlı təkliflər mübadiləsi yolu ilə daha da təkmilləşdirmək üçün imkanların tükəndiyi qənaətinə gəlinib.
Qarşımızda seçim yarandı: qarşılıqlılıqla bağlı həmin “pinq-ponq”u davam etdirmək, yoxsa başqa məntiq qurmaq yoluna getmək. Qərar qəbul etdik ki, bu mətnlə razılaşırıq”, – deyə Paşinyan bildirib.
