Ev Dünya“Bu, Aİ-nin tənəzzülüdür” – Fitso Trampın heykəlindən danışdı

“Bu, Aİ-nin tənəzzülüdür” – Fitso Trampın heykəlindən danışdı

by Baş Redaktor
152 Baxış

Slovakiyanın Baş naziri Robert Fitso Avropa Parlamentinin Strasburqdakı binasında ABŞ Prezidenti Donald Trampın çılpaq təsvir olunduğu heykəlin nümayiş etdirilməsini tənqid edib.

Army.az xəbər verir ki, Fitso X sosial şəbəkəsindəki paylaşımında sözügedən heykəlin nümayişini “Avropa İttifaqının tənəzzülünün əlaməti” adlandırıb.

Slovakiya hökumətinin başçısı ABŞ prezidentinin siyasətinin bütün istiqamətləri ilə razılaşmadığını, lakin hazırkı dövrdə tərəfdaşlarla dialoq və qarşılıqlı hörmətin vacib olduğunu bildirib. Onun sözlərinə görə, tərəfdaş ölkənin liderinin rəsmi məkanlarda təhqiramiz formada təqdim edilməsi dövrün reallıqlarının düzgün anlaşılmadığını göstərir.

Fitso Avropa Parlamentinin rəhbərliyini də tənqid edib. O, rəhbərliyin fərqli mövqeyə sahib olmaq hüququ ilə “mənəvi cəhətdən yararsız insanların, avantüristlərin və dəlilərin” hərəkətləri arasındakı fərqi ayırd edə bilmədiyini bildirib.

banner

Slovakiya Baş naziri Avropa Parlamentinin sədri Roberta Metsoladan Trampın “təhqiramiz təsvirinin” parlament binasından götürülməsi barədə göstəriş verməsini istəyib.

Qeyd edək ki, “Narıncı vəba” adlı heykəldə Donald Tramp çılpaq vəziyyətdə, əlində qolf dəyənəyi və bir kişinin çiyinlərində oturmuş halda təsvir olunub.

Əlaqəli Yazılar Xüsusi