Ev DünyaErmənistana 50 milyon avro ayrıldı – Şok səbəb

Ermənistana 50 milyon avro ayrıldı – Şok səbəb

by Baş Redaktor
38 Baxış

Avropa İttifaqı (Aİ) Ermənistana 50 milyon avro maliyyə yardımı edəcək.

Army.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen baş nazir Nikol Paşinyanla telefon danışığından sonra bildirib.

“Bu gün Baş nazir Nikol Paşinyanla Rusiyanın Ermənistana qarşı son məhdudiyyətləri barədə danışdım. Bu, iqtisadi məcburiyyətdən başqa bir şey deyil və qəbuledilməzdir. Moskva Ermənistan məhsullarına ixrac məhdudiyyətlərini genişləndirməklə iqtisadi münasibətlərdən siyasi təzyiq göstərmək üçün silah kimi istifadə edir. Biz bu təcrübəni çox yaxşı bilirik. Buna görə də Avropa Ermənistanın yanında möhkəm dayanır. Biz Aİ dəstək paketi hazırlayırıq. Buraya 50 milyon avrodan çox təcili maliyyə yardımı daxildir. Və daha çoxu da gələcək. Bir sıra Ermənistan malları, xüsusən də kənd təsərrüfatı məhsulları üçün ticarətin asanlaşdırılması tədbirləri planlaşdırılır”, -deyə qeyd edib.

Əlaqəli Yazılar Xüsusi