Ev Hərbi TexnologiyaNATO ölkəsinə yeni təyyarə tədarükü: Rumıniya 2 C-27J alır

NATO ölkəsinə yeni təyyarə tədarükü: Rumıniya 2 C-27J alır

by Baş Redaktor
32 Baxış

İtaliyanın müdafiə və aviasiya sənayesi şirkəti Leonardo S.p.A. Rumıniyaya iki ədəd C-27J “Spartan” taktiki nəqliyyat təyyarəsinin tədarükü ilə bağlı yeni müqavilə imzalayıb.

Army.az xəbər verir ki, sazişə əsasən, bu sifarişlə birlikdə NATO üzvü Rumıniyanın C-27J parkındakı təyyarələrin ümumi sayı doqquza çatacaq.

Müqavilə Rumıniya Daxili İşlər Nazirliyi tərəfindən “Avropa üçün Təhlükəsizlik Fəaliyyəti” (SAFE) adlı Avropa İttifaqının birgə müdafiə tədarükü proqramı çərçivəsində həyata keçirilib. Yeni təyyarələrin Rumıniya Baş Aviasiya Müfəttişliyi tərəfindən istismar olunacağı bildirilir.

Planlara görə, C-27J platformaları ölkə daxilində fövqəladə hallar, təbii fəlakətlərə reaksiya və mülki müdafiə əməliyyatlarında istifadə olunacaq, həmçinin Avropadakı regional əməkdaşlıq missiyalarına dəstək verəcək.

banner

Təyyarələrin 2029-cu ildə təhvil verilməsi nəzərdə tutulur.

Əlaqəli Yazılar Xüsusi