Ev DünyaZelenskidən Trampa təklif: “Starlink-i açın, ballistik qurğuları məhv edək”

Zelenskidən Trampa təklif: “Starlink-i açın, ballistik qurğuları məhv edək”

by Baş Redaktor
153 Baxış

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampa Starlink sisteminin Rusiya ərazisində istifadəsinə imkan verilməsi müqabilində Rusiyanın ballistik raket buraxılış qurğularını məhv etməyi təklif etdiyini bildirib.

Army.az xəbər verir ki, Zelenski bu barədə “Financial Times” nəşrinə müsahibəsində danışıb.

Ukrayna liderinin sözlərinə görə, o, Trampa təklifin qısa müddətdə həyata keçirilə biləcəyini deyib. Bunun üçün Ukraynanın Starlink xidmətindən istifadəsinin dayandırılmamasını və Rusiyada da sistemə çıxış əldə etməsini istəyib.

Zelenski bildirib ki, təklifinə əsasən, Ukrayna ballistik raket buraxılış qurğularını məhv edəcək, qarşı tərəf isə danışıqlar masasına oturacaq. O, belə bir ssenaridə enerji obyektlərinə hücum etməyə ehtiyac qalmayacağını vurğulayıb.

banner

Prezidentin sözlərinə görə, Starlink-ə çıxışın genişləndirilməsi əvəzinə, mövcud imkanlar daha da məhdudlaşdırılıb. Zelenski bu addımı ciddi səhv adlandırıb.

Əlaqəli Yazılar Xüsusi