İran ABŞ-ın münaqişənin dayandırılması ilə bağlı 9 maddəlik təklifinə cavab olaraq 14 maddəlik sülh planı təqdim edib.
Army.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Planın əsas hissələrində hərbi hücumların dayandırılması üçün zəmanətlər, ABŞ qoşunlarının İran ətrafından çıxarılması, dəniz blokadasının aradan qaldırılması və sanksiyaların ləğvi kimi tələblər yer alır.
Sənəddə həmçinin Hörmüz boğazı üzrə yeni gəmiçilik mexanizmi, dondurulmuş aktivlərin azad edilməsi və kompensasiya ödənişləri də nəzərdə tutulur.
İran tərəfi ABŞ-ın 2 aylıq atəşkəs təklifinə qarşı çıxaraq bütün məsələlərin 30 gün ərzində həll olunmasını tələb edir və diqqətin “atəşkəsin uzadılmasına yox, müharibənin tam bitməsinə” yönəldilməsini istəyir.
ABŞ-ın təqdim etdiyi təklifdə isə 9 maddəlik çərçivə daxilində atəşkəs və mərhələli tənzimləmə nəzərdə tutulurdu.
İran hazırda Vaşinqtondan rəsmi cavab gözləyir.
