Rusiya Müdafiə Nazirliyi Ukrayna üçün dron istehsalı ilə məşğul olduğu iddia edilən Avropa şirkətlərinin filiallarının ünvanlarını yayıb.
Army.az xəbər evrir ki, bu müəssisələr Ukraynanın Rusiya ərazisinə zərbələr üçün istifadə etdiyi pilotsuz uçuş aparatlarının komponentlərini istehsal edir. Rusiya tərəfi bu fəaliyyətin Avropa ölkələrini münaqişəyə daha dərindən cəlb etdiyini iddia edir.
Eyni zamanda Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev həmin obyektləri “potensial hədəflər” kimi qiymətləndirib.
Moskva bildirir ki, bəzi Avropa ölkələri Ukraynaya dron istehsalı və təchizatını artırmaq qərarı verib və bu, regionda hərbi-siyasi gərginliyi kəskin şəkildə yüksəldir.
Rusiya tərəfi həmçinin qeyd edir ki, Avropa ərazisində yerləşən bu tip müəssisələr “münaqişənin arxa cəbhəsinə çevrilir” və onların fəaliyyəti təhlükəli eskalasiya yaradır.
Nazirliyin yaydığı siyahıda Böyük Britaniya, Almaniya, Danimarka və Latviya daxil olmaqla bir neçə ölkədə yerləşən 11 müəssisənin adı çəkilir.
